...

Azərbaycan Gürcüstana təqribən 2,5 mln. kubmetr qaz verir

Energetika Materials 7 İyul 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Hazırda Azərbaycan sutkada Gürcüstana təqribən 2,5 mln. kubmetr qaz verir. Bu barədə məlumatı hökumətdən veriblər. 1-1,5 mln. kubmetr qaz köhnə boru kəməri ilə göndərilir. 1 mln. kubmetr qaz isə "Şahdəniz" yatağındam Cənubi Qafqaz boru kəməri ilə göndərilir.

Hazırda Gürcüstan "Şahdəniz" yatağından qaz tədarükünün artırılmasını təklıif edir. Gürcüstan və Azərbaycan energetika nazirlərıinin görüşündə bu məsələ müzakirə olunub. Gürcüstana hazırda sutkalıq verilməsinin 2,5 mln kubmetrə qədər artırılması imkanı mövcuddur.

Gürcüstan "Şahdəniz" yatağından min kubmetri 63 dollara 1 mln. kubmetr qaz tədarük olunacaq. Bu il "Şahdəniz" yatağından alacağı təmin olunmuş qazın miqdarı 250 mln. kubmetrdir.

Dövlət Neft Şirkətinin iyun ayında min kubmetri 120 dollardan 40-41 mln. kubmetr qaz tədarük olunması haqda Gürcüstanla razılaşması var.

Xəbər lenti

Xəbər lenti