...

BP Azerbaijan "Şahdəniz" yatağında qaz hasilatını artıracaq

Energetika Materials 9 İyul 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev / Bazar ertəsi "BP Azərbaycan" şirkətindən verilən məlumata görə, şirkət Türkiyədən yanacaq qəbulu ilə əlaqədar olaraq "Şahdəniz" yatağında qaz hasilatını tədricən artırmaq niyyətindədir. Hazırda yataqda üç quyu fəaliyyət göstərir. Oktyabr ayında dördüncü quyunun istismara verilməsi planlaşdırılır.

Hazırda texniki operatoru "BP" şirkəti olan "Şahdəniz" yatağında sutka ərzində qaz hasilatı 300 mln. standart kub fut (təxminən 8,5 mln. kubmetr), kondensant hasilatı isə 25 min barrel təşkil edir.

Digər fəaliyyət göstərən quyuların istismara verilməsindən sonra cari il ərzində hasilatın artımı davam edəcək. Bu il həmçinin yeni quyuların qazılmasına başlanılacaq.

Xəbər lenti

Xəbər lenti