...

Azərbaycan neftinin qiyməti: 2-6 iyul həftəsinin yekunları

Energetika Materials 9 İyul 2007 14:34 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 2-6 iyul həftəsinin yekunları

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ 2-6 iyul həftəsində hazırda Türkiyənin Ceyhan, Gürcüstanın Batumi limanından satılan AZERI LT (CIF) markalı neftin orta qiyməti $74,88/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $2,82/barr yaxud 3,9 faiz çoxdur.

2-6 iyul tarixlərində AZERI LT neftinin ən yüksək qiyməti $77,12/barr, ən aşağı qiyməti isə $72,90/barr olub. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin 2-6 iyul həftəsində orta qiyməti $70,26/barr təşkil edib, bu da əvvəlki həftə olan qiymətdən $3,21/barr yaxud 4,7 faiz çoxdur. 2-6 iyul həftəsində URAL neftinin ən yüksək qiyməti $73,11/barr ən aşağı qiyməti isə $67,93/barr olub.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir.

2-6 iyul həftəsində Brent Dated markalı neftin orta qiyməti $75,13/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $2,62/barr yaxud 3,6 faiz aşağı olub. Ötən həftə Brent neftinin ən yüksək qiyməti $77,69/barr ən aşağı qiyməti isə $72,90/barr olub. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti