...

Gürcüstan neft məhsullarının idxalından dövlət büdcəsinə daxil olan vəsaiti açıqlayıb

Energetika Materials 10 İyul 2007 17:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın Maliyyə Nazirliyindən verilən məlumata görə, yanvar-may aylarında Gürcüstanın dövlət budcəsinə neft məhsullarının idxalından 90 mln. dollardan çox vəsait daxil olub və bu, 2006-cı ilin analoji dövrünün göstəricisindən 20 mln. dollar çoxdur. Benzinin idxalından 54 mln. dollar, kerosindən 4,3 mln. dollar, dizel yanacağından 32 mln. dollar, mazutdan 210 min dollar, sürtkü yağlarından 3,2 mln. dollar, maye qazdan 1,5 mln. dollar daxil olub.

Gürcüstan neft məhsullarını əsasən Azərbaycandan idxal edir. Məhsullar Azərbaycanda ARDNŞ-ın tərkibinə daxil olan Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Xəbər lenti

Xəbər lenti