...

Ruhrgaz vitse-prezidenti: Almaniya Azərbaycandan qaz idxalında maraqlıdır

Energetika Materials 10 İyul 2007 18:00 (UTC +04:00)
Ruhrgaz vitse-prezidenti: Almaniya Azərbaycandan qaz idxalında maraqlıdır

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Almaniyanın E-ON Ruhrgaz şirkəti Azərbaycandan qaz idxalında maraqlıdır. Bunu çərşənbə axşamı Almaniya-Azərbaycan energetika forumunda E-ON Ruhrgaz vitse-prezidenti Tomas Qisel bildirib.

Qiselin sözlərinə görə, şirkət Almaniyadakı ən böyük idxalçılardandır və dünyada böyük qaz müqavilələri portfelinə malikdir.

Qisel qeyd edib ki, E-ON Ruhrgaz hazırda Almaniyaya tədarük olunmaq üçün yeni təbii qaz mənbələri axtarır.

"Xəzər regionu boru kəmərlərinə çıxışı olan, çox maraqlı iri neft-qaz regionudur", - deyə o bildirib.

Nəzərdə tutulan həcmlərlə bağlı isə Qisel ildə 20-25 mlrd. kubmetr qaz alınmasının planlaşdırıldığını söyləyib.

E-ON Ruhrgaz AG dünyanın illik dövriyyəsi 46 mln. avro olan iri energetika şirkətlərindəndir. Şirkətin müəssisələrində 66 min nəfər çalışır. Şirkət 2000-ci ildə VEBA və VIAG şirkətlərinin birləşməsi nəticəsində yaranıb. 2004-cü ildə isə bu birliyə Ruhrgaz qaz konserni daxil olub.

Xəbər lenti

Xəbər lenti