...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildəki kapital qoyuluşlarının həcmini açıqlayıb

Energetika Materials 12 İyul 2007 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) kapital qoyuluşu 2005-ci ildəki 189,3 mln. manata qarşı 285 mln. manat (proqnoz 77,4 faiz yerinə yetirilib) təşkil edib. Bu barədə şirkətin 2006-cı il hesabatında göstərilib.

Ümumi kapital qoyuluşunun 78 mln. manatı (2005-də - 67,2 mln. manat) qazma işlərinin payına düşüb. Tikinti işlərinə 2005-ci ildəki 68,2 mln. manata qarşı 127,7 mln. manat (proqnozun 58,9 faizi), qurğu tələb etməyən avadanlıqlara 2005-ci ildəki 49,7 mln. manata qarşı 77,5 mln. manat (118,3 faiz), geoloji kəşfiyyata 2005-ci ildə ki 2,2 mln. manata qarşı 1,7 mln. manat (97,8 faiz proqnoz) sərf olunub.

2006-cı ildə ARDNŞ-in kapital qoyuluşları (min manatla)
2006 2005 Fərq
Kapital qoyuluşu, cəmisi 284966,5 187291,7 97674,8
Həmçinin:
Qazma 77987,7 67226,2 10761,5
- kəşfiyyat 2188,7 2562,8 -374,1
- istismar 75799 64663,4 11135,6
Geoloji kəşfiyyat 1754,4 2233,6 -479,2
Tikinti 127689,4 68163,9 59525,5
Qurğu tələb etməyən avadanlıqlar 77535 49668 27867
Qeyri sənaye tikintisi üzrə kapital qoyuluşu 27867,5 19548,2 8319,3
Həmçinin:
- mənzil tikintisi 7971,2 7768,8 202,4
- kommunal tikinti 1857,7 4916 -3058,3
- xalq təhsili 1199,7 1931 -731,3
- tibbi tikinti 16838,9 4932,4 11906,5

2006-cı ilin yekunlarına əsasən ARDNŞ-in əsas fondlarının təhvili 273 mln. manat təşkil edib ki, bu da ötən il göstəricisindən 122,9 mln. manat çoxdur.

2006-cı ildə ARDNŞ-in kapital qoyuluşları (min manatla)
2006 2005 Fərq
Kapital qoyuluşu, cəmisi 284966,5 187291,7 97674,8
Həmçinin:
Qazma 77987,7 67226,2 10761,5
- kəşfiyyat 2188,7 2562,8 -374,1
- istismar 75799 64663,4 11135,6
Geoloji kəşfiyyat 1754,4 2233,6 -479,2
Tikinti 127689,4 68163,9 59525,5
Qurğu tələb etməyən avadanlıqlar 77535 49668 27867
Qeyri sənaye tikintisi üzrə kapital qoyuluşu 27867,5 19548,2 8319,3
Həmçinin:
- mənzil tikintisi 7971,2 7768,8 202,4
- kommunal tikinti 1857,7 4916 -3058,3
- xalq təhsili 1199,7 1931 -731,3
- tibbi tikinti 16838,9 4932,4 11906,5
Əsas fondların təhvili (min manatla)
2006 2005 Fərq
Əsas fondların təhvili, cəmisi 273029,1 150156 122873,1
Həmçinin:
- qazma 68927,6 59315 9612,6
- tikinti 126566,5 41173 85393,5
- avadanlıq 77535 49668 27867
Xəbər lenti

Xəbər lenti