...

İyun ayında xarici şirkətlər Azərbaycan neftinin təhvilni artırıblar

Energetika Materials 12 İyul 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Azərbacanın Dövlət Neft Şirkətindən verilən məlumata görə, iyun ayında Azərbaycanın quru ərazisində fəaliyyət göstərən birgə müəssisələr və əməliyyat şirkətləri 106 min ton neft təhvil veriblər ki, bu da proqnozlaşdırıldığından 3,9% çoxdur.

Təkcə yanvar-iyun aylarında birgə müəssisələr və əməliyyat şirkətləri tərəfindən 602,4 min ton neft təhvil verilib. Neft hasilatının böyük hissəsi "Kürsəngi -Qarabağlı" yatağının işlənməsi ilə məşğul olan "Salyan oil" əməliyyat şirkətinin payına düşür və bu şirkətin payı 161,8 min ton neft təşkil edir.

2007-ci ilin yanvar-iyun ayları ərzində əməliyyat şirkətləri və birgə müəssisələrin faktiki neft təhvilinin ümumi cədvəli (min ton) :

Birgə müəssisələr və əməliyyat şirkətləri İyun 2007 (ton) Yanvar-iyun 2007 (ton)
Salyan Oil 24412,651 161768,054
Shirvan Oil 20637,344 109132,595
OK Karasu 23103,420 141212,661
Azgerneft 6171,402 36700,379
Anshad Petrol 4423,729 22217,259
Gobustan 241,277 1716,380
Az.Seng-Li 774,008 4201,278
Binəqədi ƏŞ 11140,935 59885,081
Qaraçuxur ƏŞ 1406,726 4277,479
valley ƏŞ 0 0
Suraxani Oil Operation 13590,517 61313,896
Ümumi 105902,009 602425,062
Xəbər lenti

Xəbər lenti