...

"Salyan Oil" əməliyyat şirkəti iyun ayında neftin təhvilini artırıb

Energetika Materials 12 İyul 2007 21:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / ARDNŞ-dan verilən məlumata görə, iyun ayında "Salyan Oil" əməliyyat şirkətinin neft təhvili 24,4 min ton təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. 2007-ci ilin əvvəlində əməliyyat şirkəti tərəfindən təhvil verilən neftin həcmi 161,8 min ton neft çoxdur.

Əvvəllər "Kürsəngi-Qarabağlı" quru yatağında işləyən əməliyyat şirkəti quyunun qazılmasını başa çatdrıb.

Hazırda şirkət daha bir quyunun qazılmasına hazırlaşır. Quyunun layihə dərinliyi 3500 metr təşkil edir.

Ötən ilin dekabr ayında 20007-ci ildə görüləcək işlərin büdcəsi 43 mln. dollar həcmində müəyyənləşdirilib. 2007-ci ildə 5 quyunun qazılması nəzərdə tutulur. Quyulanrın layihə dərinliyi 3500 metr təşkil edir.

.

Xəbər lenti

Xəbər lenti