...

Azərbaycan və Qazaxıstan Xəzər boru kəməri nəql sistemi Memorandumunu müzakirə edir

Energetika Materials 13 İyul 2007 16:39 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Cümə günü Astanada Xəzər boru kəməri nəqliyyat sistemi (KCTS) üzrə Memorandumun mətninin hazırlanması üçün Azərbaycan və Qazaxıstan ekspertləri arasında görüş başlayıb. Bu barədə "KazMunayQaz" MŞ SC-dəki mənbə məlumat verib.

Qazaxıstan neftinin BTC-yə nəql olunması üçün yaradılacaq sistemin dəyəri 3 mlrd. dollar qiymətləndirilir. KCTS Xəzərin Qazaxıstan sahilində terminal, Kurık limanına qədər boru kəməri və tanker flotiliyasından ibarət olacaq. Nəql sisteminin yaradılmasına "Kaşaqan" və "Tengiz" layihəsinin iştirakçıları investisiya qoyacaqlar.

Qazaxıstan neftinin BTC-yə nəql olunmasında mühüm rol oynayacaq Kurık neft terminalının ilkin başlanğıcda güncü illik 10 mln. ton olacaq. Gələcəkdə isə terminalın gücünün 20 mln. tona qədər artırılması nəzərdə tutulur. Hazırda "KazMunayQaz" gələcək layihənin müxtəlif texniki tərkiblərini öyrənir. Xüsusilə böyük dedveytli tankerlərlə işləmək üçün dənizdə daşına bilən neft vurma körpülərinin lazımılığı araşdırılır.

2010-cu ildə Qazaxıstanın "Kaşaqan" yatağında ilk neftin hasilatının başlanılması ilə əlaqədar olaraq BTC ilə sutkada təqribən 350 min barel neftin tədarük olunması planlaşdırılır.

Mənbənin sözlərinə görə, görüşdə həmçinin tərəflər Türkiyənin Ceyhan limanında birgə neft emalı zavodunun tikilməsi məsələsini də müzakirə edəcəklər. BM ARDNŞ və "KazMunayQaz" MŞ SC arasında yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti