...

Türkiyə ARDNŞ-in Ceyhan limanında NEZ tikməsinə razılıq verib

Energetika Materials 13 İyul 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Türkiyənin energetika bazarının tənzimlənməsi orqanı Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin Turcas şirkətinin daxil olduğu birgə müəssisənin Ceyhan limanı yaxınlığında neft emalı zavodu tikməklə bağlı müraciətini qəbul edib. Bu barədə Turcas şirkətinin məlumatında göstərilir.

Zavodun tikintisinə 4 mlrd. dollar qoyulacaq. BM-də iştirak payının 51 faizi ARDNŞ, 25 faizi Turcas, 24 faizi isə Aksoy Kolding-ə məxsusdur. NEZ-in illik gücü 10 mln. ton təşkil edəcək.

İnvestisya 6-6,5 il ərzində istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti