...

Azərbaycan neftinin qiyməti bu il rekord həddə çatıb

Energetika Materials 13 İyul 2007 19:10 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin qiyməti iyulun 12-də $77,75/barr təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,18/barr çoxdur. Bu barədə məlumatı cümə günü ARDNŞ-dən veriblər.

AZERI LT CIF Augusta neftinin qiyməti iyulun 12-də $78,68/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,23/barr çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti iyulun 12-də $75,06/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,46/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

İyulun 12-də Brent Dated neftinin qiyməti $78,65/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,25/barr çoxdur.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti