...

Ankarada İrandan Türkiyəyə qaz nəqli ilə bağlı müqavilə imzalanıb

Energetika Materials 16 İyul 2007 12:46 (UTC +04:00)
Ankarada İrandan Türkiyəyə qaz nəqli ilə bağlı müqavilə imzalanıb

Azərbaycan, Baku /müx. Trend A.Ələskərov / Şənbə günü İran və Türkiyə arasında uzun sürən danışıqlardan sonra İran qazının hasilatı və nəqli sahəsində əməkdaşlıq barədə ikitərəfli razılıq imzalanıb. Razılıq Ankaraya bu məqsədlə gəlmiş İranın neft naziri Kazım Vəziri Xameyni və Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər arasında imzalanıb.

Razılıq türkmən qazını İran və Türkiyə ərazisi vasitəsilə Avropaya nəql etməyə imkan verəcək. Bundan başqa, İran Türkiyəyə öz ərazisində yerləşən üç qaz yatağını təqdim edib. Türkiyə ən zəngin dəniz yataqlarından olan "Cənubi Pars" yatağını istismar edə və qazı sərbəst şəkildə ixrac edə bilər. Qazın hasilatı və nəqli ilə Türkiyənin "TRAO" şirkəti məşğul olacaq.

İranın bu müqavilə sahəsində 26 qaz yatağındə kəşfiyyat işləri aparılıb və bunlardan 22, 23 və 24 saylı yataqların "TRAO"ya verilməsi planlaşdırılır. Digər xarici şirkətlərdən orada hazırda "Petronas", "Shell" və "Total" işləyir.

Türkiyə mütəxəssislərinin hesablamalarına əsasən, bu yataqlardan gün ərzində təxminən 56 mln. kubmetr qaz hasil ediləcək və bu il ərzində ölkəyə 20 mlrd. kubmetr qaz ötürməyə və Türkiyənin tələbatının yarısını ödəməyə imkan verəcək.

Həmçinin qaz kəmərinin İranın Asuliye yayayış məntəqəsindən Türkiyə sərhədinə qədər 2 min kilometr uzunluğunda yeni qolunun tikintisi planlaşdırılır. Eyni zamanda, Nabucco layihəsi çərçivəsində İran və Türkiyə türkmən qazının nəqli məqsədilə əlavə qaz kəmərinin tikintisini də planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti