...

ABŞ Enerji Nazirliyinin nümayəndəsi: "Dünyada enerji daşıyıcılarına tələbatın artması narahatlıq doğurur"

Energetika Materials 16 İyul 2007 13:46 (UTC +04:00)
ABŞ Enerji Nazirliyinin nümayəndəsi: "Dünyada enerji daşıyıcılarına tələbatın artması narahatlıq doğurur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ABŞ Enerji Nazirliyi dünyada enerjidən istifadənin 2030-cu ilə qədər 55-60% artacağını proqnozlaşdırır və bu, narahatlıq doğurur. Bu barədə bazar ertəsi Bakıda keçirilən Zəlzələyə Davamlı, Enerji Səmərəsi olan Tikinti Materiallarına dair ABŞ-Azərbaycan seminarında ABŞ Enerji Nazirliyinin Bərpa Olunan Enerji üzrə Milli Laboratoriyasının direktor əvəzi Stenli Bul məlumat verib. Onun sözlərinə görə, enerjidən səmərəli istifadə bütün dünya ölkələri üçün prioritet məsələ olmalıdır. Bul hesab edir ki, enerjidən səmərəli istifadə üçün üç əsas amilə - texnologiya, siyasət və bazarların bir araya gətirilməsinə diqqət yetirilməlidir.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə çıxışında bildirib ki, enerji təhlükəsizliyi təkcə neft kəmərləri demək deyil. Yeni tikililər zamanı zəlzələyə davamlılığa, enerji təhlükəsizliyinə diqqət yetirilməlidir. "Azərbaycanda daşınmaz əmlak bazarı yüksək templə inkişaf edir. Yeni tikililər zamanı zəlzələyə davamlılığın və enerji təhlükəsizliyinin təmini üçün ABŞ yeni texnologiyaların tətbiqi sahəsində kömək etməyə hazırdır" - deyə səfir əlavə edib.

İki gün davam edən seminarda ABŞ və Azərbaycan tərəfindən 70 mütəxəssis iştirak edib.

Xəbər lenti

Xəbər lenti