...

BTC boru kəməri tullantıları Türkiyənin yeni zavodunda emal olunacaq

Energetika Materials 16 İyul 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin quraşdırılması ilə bağlı tullantıların Türkiyənin Antaka şəhərində yerləşən zavodda emal olunması barədə protokol imzalanıb. Bu barədə "AzərTac" dövlət agentliyinin məlumatında göstərilib.

Daha öncə tullantılar İzmit şəhərinə göndərilirdi. Indi onlar Türkiyədə gücünə görə üçüncü olan Antaka zavodunda emal olunacaq. Bu, tullantıların emalı üzrə əməliyyatların dəyərini azaldacaq.

Tullantıların beynəlxalq standartlar üzrə emalının həyata keçirilməsi üçün 360 min dollar həcmində texniki yardım ayrılıb. Tullantıların emalından sonra iki il ərzində xüsusi depolarda sənayedə yenidən istifadə olunmaq üçün məhsullar alınacaq.

Xəbər lenti

Xəbər lenti