...

ABŞ Türkiyənin türkmən qazının Avropaya nəqli üzrə planlarına qarşı çıxış edir

Energetika Materials 16 İyul 2007 20:43 (UTC +04:00)
ABŞ Türkiyənin türkmən qazının Avropaya nəqli üzrə planlarına qarşı çıxış edir

Gürcüstan, Tiflis/ Trend /ABŞ Türkiyə hakimiyyətinin türkmən qazının İran və Türkiyə ərazisindən Avropaya nəqli və Türkiyə dövlət şirkəti tərəfindən İranın Cənubi Pars yatağının işlənilməsi ilə bağlı planlarına qarşı çıxış edir. Reuters ABŞ-ın Dövlət Departamentində kimliyinin açıqlanmasını istəməyən mənbəyə istinadən yazır ki, amerikan hakimiyyəti İrana və ya bu ölkədəki energetika layihələrinə investisiya qoyulmasının əleyhinədir. Bu barədə RBK yazıb.

İyulun 14-də Türkiyə hakimiyyət nümayəndələri İranla 30 mlrd. kubmetr Iran və türkmən qazının Avropaya nəqli barədə ilkin razılaşmanın imzalanması barədə xəbər vermişdilər.

Türkiyənin Nabucco qaz kəməri üçün alternautiv tədarükçülərin mümkün axtarışından yaxa qurtarmağı hesabladığı razılaşma çərçivəsində Turkish Petroleum Corporation (TPAO) İranın Cənubi Pars qaz yatağında hasilatla məşğul olacaq. Razılaşmanın digər detalları barədə bir ay müddətində məlumat veriləcək, qaz tədarükünün başlanmasının tarixi isə hələ müəyyən olunmayıb.

Uzunluğu 4 min km olacaq Nabucco qaz kəməri Xəzər və Orta Asiya qazının Avropaya tədarükünü təmin edəcək. Qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçəcək. Qaz kəmərinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Nabucco qaz kəmərinin tikintisinə tələb olunan investisiya 5 mlrd. avro dəyərində qiymətləndirlir. Kəmərin tikintisi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin Botas, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti