...

Bakıda energetika məsələləri üzrə Türkmənistanla danışıqlar aparılacaq

Energetika Materials 17 İyul 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Türkmənistan prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə İqtisadiyyat və Maliyyə Nazirliyi, ölkənin Mərkəzi Bankı və "Türkmənqaz" Dövlət Konqresinin rəhbər və aparıcı mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti Bakıda danışıqlar aparacaq. Bu barədə "İnterfaks" Türkmənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

İyulun 18-19-da keçiriləcək danışıqlar zamanı tərəflər daha öncə əldə olunmuş ikitərəfli razılıqların həyata keçirilməsi, həmçinin Türkmənistan və Azərbaycan arasında qarşılıqlı hesablaşmalarla bağlı məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti