...

ABŞ-ın Türkiyədəki səfirliyi: "Vaşinqton İranla əməkdaşlığın istənilən formasının əleyhinədir"

Energetika Materials 18 İyul 2007 12:23 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki səfirliyi: "Vaşinqton İranla əməkdaşlığın istənilən formasının əleyhinədir"

Türkiyə, Ankara/ Trend müxbir A.Ələskərov/ İyulun 13-də Ankarada imzalanmış Türkiyə və İran arasında qaz hasilatı və nəqli sahəsində əməkdaşlıq niyyəti barədə protokol ABŞ-da mənfi reaksiya doğururb.

Vaşinqtonun mövqeyini nümayiş etdirən Ankaradakı Amerika səfirliyinin mətbuat katibi Katrin Şallov sərt bir bəyanatla çıxış edib ki, Vaşinqton "İranla əməkdaşlığın istənilən formasının əleyhinədir".

O qeyd edib ki, İran BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) qərarına zidd olaraq öz nüvə proqramını hələ də davam etdirir. Energetika sahəsində mənbə kimi, yaxud tranzit ölkə kimi İrana güvənmək ağılsızlıqdır.

ABŞ administrasiyası nümayəndəsinin bəyanatına caavab olaraq ölkənin baş naziri Rəcəb Tayib Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Amerika kimi öz qərarlarını özü qəbul edir.

Öz növbəsində iyulun 17-də İranın Ankaradakı səfirliyinin məsləhətçisi Əhməd Nurani bu məsələyə toxunaraq: "Göstərilən təzyiqlərə baxmayaraq, çətin ki, Türkiyə razılaşma ilə bağlı öz qərarını dəyişsin. Hər iki tərəf üçün əlverişli olan razılaşma imzalanıb" - deyə ümidini ifadə edib.

Xəbər lenti

Xəbər lenti