...

Azərbaycan elektrik enerjisinin istehsalını azaldıb

Energetika Materials 18 İyul 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-may ayları ərzində Azərbaycanda 21 mln. 48,2 min ton neft hasil edilib. Bu göstərici 2006-cı ilin analoji dövrü ilə müqayisədə 45,2% çoxdur. Neft və qaz hasilatının əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür və şirkət 16,7 mln. ton neft və 1 mlrd. 958,7 mln. kubmetr qaz hasil edib. Respublikada həyata keçirilən hasilatın ümumi həcmindən ABƏŞ-in payına neftin 79,3%-i və qazın 43,8%-i düşür.

2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qaz hasilatı 4 mlrd. 469,1 mln. kubmetr təşkil edib. Bu göstərici 2006-cı ilin analoji dövrü ilə müqayisədə 32,9% çoxdur. Yanvar-iyun ayları ərzində Azərbaycanda 10 mlrd. 767,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən il göstəricisindən 9,5% azdır.

Xəbər lenti

Xəbər lenti