...

"Azərenerji" SC iki su-elektrik stansiyasını təmir edir

Energetika Materials 19 İyul 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ "Azərenerji" SC-nin mətbuat xidmətindən verilən məlumata görə, tərkibinə "Şəmkir SES" və "Yenikənd SES"in daxil olduğu "Şəmkir SES kaskadı" MMC"də 830 mln. kVt/saat elektrik enerjisi istehsal olunub və bu göstərici planlaşdırılan göstəricidən 90 mln. kVt/saat çoxdur. İyun ayı ərzində elektrik enerjisi istehsalı 160 mln. kVt saat təşkil edib.

Hazırda elektrik stansiyalarında təmir həyata keçirilir ki, bu da onların texniki-iqtisadi göstəricilərini çoxaltmağa imkan verir. "Şəmkir SES"də 190 MVt gücə malik №1 su aqreqatının təmiri gedir və təmir ilin dördüncü rübündə başa çatacaq. Əvvəllər isə №2 analoji aqreqatı təmir olunub.

Bütün işlərin yekunlaşdırılmasından sonra SES 380 MVt olmaqla tam gücü ilə işləyəcək. Həmçinin 11 transformator, altı kompressor qurğusu təmir olunub. "Yenikənd SES"də hər birinin gücü 37,5 MVt olan dörd aqreqatda cari təmir işləri başa çatıb. 12 transformator təmir olunub. Qış dövründə stansiyanın gücü 12 MVt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti