...

Chevron Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığı genişləndirmək istəyir

Energetika Materials 19 İyul 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Chevron neft şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığı genişləndirmək üçün araşdırmalar aparır. Bundan əlavə şirkət Xəzər şelfində fəaliyyətini genişləndirməyə çalışır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə Amerika şirkətinin nümayəndələri bildirib.

ARDNŞ-in məlumatında göstərilib ki, Chevron karbohidrogen ehtiyatlarının zəngin olduğu Xəzər şelfi və xüsusilə son illərdə alternativ enerji tədarükü mənbələrindən birinə çevrilən Azərbaycana maraq göstərir.

Xəbər lenti

Xəbər lenti