...

ARDNŞ yeni sualtı qaz kəmərinin istismara verilməsinə hazırlaşır

Energetika Materials 19 İyul 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azneft" istehsalat birliyinin direktoru Səbuhi Əhmədovun verdiyi məlumata görə, ARDNŞ eyniadlı yataqda "Günəşli-4" platformasından "Neft daşları" yatağında yerləşən kompressor stansiyasına qədər aşağı təzyiqli yeni sualtı qaz kəmərinin çəkilməsini başa çatdırır.

Kəmərin uzunluğu 18 km təşkil edir. Onun tikintisi artıq sona çatıb. Sentyabr ayında "Günəşli" platformasında yeni kompessor stansiyasının tikintisi başa çatacaq. Bu yatağa aşağı təzyiqli qaz toplamağa imkan verəcək və bu qaz əvvəllər müvafiq infrastrukturun olmaması səbəbindən atmosferə buraxılıb. Əvvəllər isə ARDNŞ "Günəşli-14" platforması və "Neft Daşları" yatağında yerləşən kompressor stansiyası arasında yerləşən yüksək təzyiqli sualtı qaz kəmərini tikintisini başa çatdırıb və istsmara verib.

Bu kəmərin uzunluğu 23,3 km təşkil edib.

Xəbər lenti

Xəbər lenti