...

ARDNŞ Novorossiysk kəmərindən qaz ixracını artırır

Energetika Materials 20 İyul 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti iyul ayında Novorosiysk limanından neftin ikinci hissəsinin yüklənməsi ilə bağlı tender elan edib, ARDNŞ-ın marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumatda belə deyilir. Neftin 600 min barrel həcmində olan iyul ayı üçün nəzərdə tutulan birinci hissəsi İsrail şirkəti olan "Oil Refineries LTD" tərəfindən dünən yüklənib. Analoji həcmə malik ikinci hissə iyulun 29-31-də yüklənəcək. Tenderin yekunları iyulun 20-də elan olunacaq.

"Bakı- Novorossiysk" kəməri vasitəsilə neftin icxracının ARDNŞ tərəfindən artırılması Heydər Əliyev adına Bakı neft emalı zavodunda kataliz krekinqi qurğusunun işinin növbədənkənar təmirə dayandırılması ilə bağlıdır. Bu neftin birbaşa olaraq ixraca göndərilməsinə gətirib çıxarıb ki, ARDNŞ-da bunu həmçinin mazutun elektrik enerjisi istehsalında istifadəsinə tələbatın azalması ilə əlaqələqdirirlər.

Kataliz krekinqi qurğusunun işinin dayandırılması ilə əlaqədar olaraq maye qazın istehsalı tamamilə dayandırılıb. Qurğunun təmirinin iyulun sonunda başa çatacağı planlaşdırılır. 2007-ci ildə Novorossiysk kəmərindən aşağıdakı şirkətlər neft əldə ediblər:

Glencore Energy UK Ltd - fevral (450 min. barrel);

REOC Ltd - mart (450 min. barrel);

Glencore Energy UK Ltd - aprel (450 min. barrel);

Sunoil SA - may (450 min. barrel);

Oil Refineries LTD - iyun (1,2 mln. barrel);

Oil Refineries LTD - iyul (600 min. barrel).

Xəbər lenti

Xəbər lenti