...

"Azərenerji" Səhmdar Cəmiyyəti dövlət büdcəsinə 3,3 dəfə çox vəsait köçürüb

Energetika Materials 20 İyul 2007 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Birinci yarımildə "Azərenerji" Səhmdar Cəmiyyəti Azərbaycanın dövlət büdcəsinə 37,8 mln. manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin iyun ayında dövlət büdcəsinə 6,8 mln. manat köçürülüb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 4 dəfə çoxdur. Enerji haqlarının yığılmasındakı artım sayğaclaşdırma prosesinin başa çatması və paylayıcı şəbəkələrə verilən elektrik enerjisinin dəyərinin artması il əlaqədardır.

Xəbər lenti

Xəbər lenti