...

"Azərenerji" paylayıcı şəbəkələrində tədarük olunan enerji haqlarının ödənilməsi 100 faizə çatır

Energetika Materials 20 İyul 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyətinin idarə etdiyi 46 rayonun paylayıcı şəbəkəsində sayğaclaşdırma prosesinin başa çatması və aparılan yenidənqurma işləri nəticəsində verilən elektrik enerjisi haqlarının yığılması əhəmiyyətli dərəcədə artıb. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.

Bir çox rayonlarda bu göstərici 100 faizə çatıb. Bu xüsusilə Ağsu, Mingəçevir, Ucar, Tərtər, Qazax, Zərdab və digər rayonlarda müşahidə olunur. Rayonların əksəriyyətində isə 100 faizlik göstəriciyə yaxın yığım müşahidə olunub. Ötən ay əhali abonentləri üzrə elektrik enerjisi haqları yığımı 82,6 faiz olub.

Xəbər lenti

Xəbər lenti