...

"Azərenerji" vitse-prezidenti: Rusiya Azərbaycan vasitəsilə Gürcüstana elektrik enerjisi vermək niyyətindədir

Energetika Materials 21 İyul 2007 14:51 (UTC +04:00)
"Azərenerji" vitse-prezidenti: Rusiya Azərbaycan vasitəsilə Gürcüstana elektrik enerjisi vermək niyyətindədir

Azərbaycan, Bakı/ Trend / RAO "EES Rossii" Azərbaycan vasitəsilə Gürcüstana elektrik enerjisi tədarük etmək niyyətindədir. Hazırda bu məsələ ilə bağlı Rusiya şirkəti və "Azərenerji" SC arasında danışıqlar aparılır. Bu barədə şənbə günü mətbuat konfransında "Azərenerji" SC vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Rusiya şirkəti Gürcüstanın yüksəkgərginlikli və paylayıcı şəbəkələrini idarə edir. Öz şəbəkələrini enerji ilə təchiz etmək üçün şirkət Azərbaycandan tranzit yolu ilə elektrik enerjisi nəql etmək niyyətindədir.

Hazırda Rusiya Azərbaycana ölkədə bilavasitə istifadə olunmaq üçün elektrik enerjisi verir. Ölkələr arasında qarşılıqlı mübadilə aparılır.

Xəbər lenti

Xəbər lenti