...

Azərbaycanın Gömrük Komitəsi neft və neft məhsullarının ixrac həcmlərini açıqlayıb

Energetika Materials 23 İyul 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Gömrük Komitəsinin məlumatına əsasən, 2007-ci ilin yanvar-iyun aylarında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2,787 mln. ton neft ixrac olunub.

Yanvar-iyunda sözügedən struktur 1,257 mln. ton, "Az Trans Reil" şirkəti 24,841 min ton, "Caspian Petrol-1" 11,6 min ton və "Petrosilex" 3,9 min ton neft ixrac edib.

ARDNŞ həm öz yataqlarında, həm də "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neft hasil edir. Xammal Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri ilə ixrac olunur.

ARDNŞ neft məhsullarını Bakıda iki neft-emalı zavodunda istehsal edir.

Xəbər lenti

Xəbər lenti