...

Azərbaycan İran qarşısında elektrik enerjisi borcunun bir hissəsini pul vəsaitləri hesabına qaytara bilər

Energetika Materials 23 İyul 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Əgər Azərbaycan respublikaya İran tərəfindən verilən elektrik enerjisini tam həcmdə geri qaytara bilməzsə, bu halda Azərbaycan enerji borcunu pul vəsaitləri ilə ödəyəcək" - deyə "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirib. Azərbaycan artıq İran qarşısında elektrik enenrjisi borcunun geri qaytarılmasına başlayıb. İrandan alınan elektrik enerjisinə görə borc 400 mln. kVt/saat təşkil edir.

İrandan alınan enerji hesabına Naxçıvan Muxtar Respublikası elekrik enerjisi ilə təmin edilir, respublikaya İrandan 10-15 mln. kVt/saat elektrik enerjisi çatdırılır

Azərbaycan İrandan elektrik enerjisini enerji çatışmazlığı olan dövrdə, yəni qış dövründə alır, yay dövründə, yəni İranda enerji çatışmazlığı müşahidə olunan zaman geri qaytarır.

Razılığa əsasən, əgər Azərbaycan il ərzində elektrik enerjisini tam həcmdə geri qaytara bilməzsə, bu halda borcu pul vəsaitləri ilə ödəməlidir. Elektrik enerjisi İrana 11% artıqlaması ilə qaytarılır və bu, İran tərəfinin itkisi kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti