...

Azərbaycan neftinin qiyməti: 16-20 iyul həftəsinin yekunları

Energetika Materials 23 İyul 2007 17:15 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 16-20 iyul həftəsinin yekunları

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ 16-20 iyul həftəsində hazırda Türkiyənin Ceyhan, Gürcüstanın Batumi limanından satılan AZERI LT (CIF) markalı neftin orta qiyməti $78,66/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $0,6/barr, yaxud 0,07 fazi çoxdur.

16-20 iyul tarixlərində AZERI LT neftinin ən yüksək qiyməti $79,18/barr, ən aşağı qiyməti isə $78,14/barr olub. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin 16-20 iyul həftəsində orta qiyməti $74,63/barr təşkil edib, bu da əvvəlki həftə olan qiymətdən $0,321/barr, yaxud 0,04 faiz çoxdur. 16-20 iyun həftəsində URAL neftinin ən yüksək qiyməti $75,01/barr, ən aşağı qiyməti isə $74,29/barr olub. URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

16-20 iyun həftəsində Brent Dated markalı neftin orta qiyməti $78,43/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $0,41/barr, yaxud 0,05 faiz çoxdur.

16-20 iyun həftəsində Brent neftinin ən yüksək qiyməti $79,05/barr, ən aşağı qiyməti isə $77,86/barr olub. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti