...

ARDNŞ iri dəniz yatağında yeni quyunun istismarına başlayıb

Energetika Materials 25 İyul 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, ARDNŞ "Neft Daşları" yatağında N1887 platformasında qazılmış yeni quyunun istismarına başlayıb. Quyunun dərinliyi 2800 metr təşkil edib və 900 ton sutkalıq debitə malikdir. Bu quyunun qazılması ilə platformada quyuların ümumi sayı altıya çatdırılıb. Neftin sutkalıq ümumi hasilatı 400 ton təşkil edir. Quyunun kəsiyində 5-6 məhsuldar plast mövcuddur.

Platforma beşinci tektonik blokda "Neft Daşları" yatağının şimal-şərq qanadında quraşdırılıb. Platforma istismara ötən ilin noyabrında verilib.

Geoloqların hesablamalarına görə, platformanın quraşdırıldığı sahədə hasil olunan neftin həcmi 8 mln. tona bərabərdir. Platformada 32 maili quyu qazmaq nəzərdə tutulur. Əvvəllər "Xəzər-4" üzən qazma qurğusunda platformanın quraşdırıldığı yerdə dörd fəaliyyət göstərən quyu qazılıb. Hər il N1887 platformasında altı quyunun qazılması nəzərdə tututur. Bütün quyuların istismara verilməsindən sonra platformada sutkalıq neft hasilatı 1000 tona çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti