...

Xəzərin Heydər Əliyev adına ən böyük qazma qurğusu sahibini dəyişə bilər

Energetika Materials 25 İyul 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Transocean Inc. qazma şirkəti (Transocean və GlobalSantaFe şirkətləri birləşdikdən sonra dünyanın ən iri şirkətlərindən biri) Xəzərdə Heydər Əliyev adına (əvvəlki -LIDER) qazma qurğusunu onun sahibi - Danimarkanın Maersk Contractors şirkətindən ala bilər. Bu barədə çərşənbə günü ölkənin neft-qaz bazarında məlumatlı mənbə məlumat verib.

Şirkət qurğunu aldıqdan sonra Xəzər dənizində ən böyük qazma qurğuları donanmasına malik olacaq ki, bu da bütün Xəzərsahili ölkələrdə ona qazma işlərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Bundan əlavə, şirkət Xəzərin istənilən hissəsində, istənilən dərinlikdə qazma işləri həyata keçirə bilən qurğuya sahib olacaq.

Hazırda Transocean Inc. Xəzərdə üç qazma qurğusunun - "Dədə Qorqud", "İstiqlal" və "Qurtuluş" sahibidir.

Heydər Əliyev adına qazma qurğusu suyun 1000 metrə qədər yüksək olduğu ərazilərdə 9 min metrə qədər quyuların qazılması üçün nəzərdə tutulub. Xəzərin ən dərin hissəsi 1024 metr təşkil edir ki, bu da qurğunun dənizin hər bir sahəsində işləmək imkanın olduğunu göstərir. Qazma qurğusunun dəyəri 260 mln. dollardır. DSS-20-nin heyəti 130 nəfərdir.

Xəbər lenti

Xəbər lenti