...

Azərbaycan payızda İrana benzin ixracını bərpa edə bilər

Energetika Materials 26 İyul 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, şirkət sentyabr ayında İrana benzin ixracını bərpa edə bilər.

Benzin ixracı iyul ayında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azərneftyanacaq") kataliz krekinqi qurğusunun növbədənkənar təmirə dayanması səbəbindən dayandırılıb.

Hazırda qurğu yenidən istismara verilib, lakin qurğu yenidən əvvəlki iş rejiminə yalnız sentyabrda qayıdacaq (bu, İrana benzin ixracını həyata keçirməyə imkan verəcək).

"East Energy" şirkəti ilə müqaviləyə əsasən, hər ay İrana 45-50 min ton, yəni 10-12 tanker benzin yola salınırdı. Neft məhsulu "Azərneftyataq" neft emalı müəssisəsinə məxsus olan limandan yüklənir.

Xəbər lenti

Xəbər lenti