...

"Balaxanıneft"in balansındakı yataqlarda neft hasilatı artırılıb

Energetika Materials 26 İyul 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İlin ilk yarısı ARDNŞ-in "Balaxanıneft" neft-qaz hasilatı idarəsinə aid olan yataqlardan 108 min 938 ton neft çıxarılıb. Bu, proqnozlaşdırılan həcmdən 4018 ton çoxdur.

İdarənin rəhbəri Nazim İsmixanovun bildirdiyinə görə, müvafiq müddət ərzində 13 mln. 273 min kubmetr qaz hasil edilib. Bu isə proqnozdan 3 mln. kubmetr artıqdır.

Bu ilin yanvar-iyun aylarında 256 texniki tədbir həyata keçirilib. Onların nəticəsində əlavə olaraq 1773 ton neft çıxarılıb. Yataqlarda keçirilən 128 geoloji tədbir nəticəsində isə əlavə 6101 ton neft hasil olunub.

Xəbər lenti

Xəbər lenti