...

BP "Bakı-Supsa" neft kəmərinin yan hissəsinin tikintisi ilə bağlı xarici podratçını müəyyən edib

Energetika Materials 27 İyul 2007 13:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Cümə günü "BP-Georgia" şirkətindən verilən məlumata görə, "Bakı-Supsa" neft kəmərinin Gürcüstan ərazisində yerləşən yan hissəsi "MLG" alman şirkəti tərəfindən tikiləcək. Yan hissə Qərbi Gürcüstanda yerləşən Zestafoni ərazisində tikiləcək. Şirkətdən bildiriblər ki, tikinti şirkətinin müəyyən edilməsi məqsədilə müvafiq tender keçirilib.

"BP-Georgia" şirkətinin baş meneceri Hyu Makdauellin jurnalistlərə verdiyi məlumata görə, neftin ötürülməsinin bərpa olunması yalnız payızda gözlənilir.

"BP bütün təhlükəsizlik normaları təmin edildikdən sonra "Bakı-Supsa" kəməri vasitəsilə Azərbaycan neftinin ötürülməsini bərpa etmək niyyətindədir" - deyə o bildirib.

Makdauell qeyd edib ki, kəmərin bu hissəsinin tikintisi başa çatdırılacaq və BP kəmərin təhlükəsizliyinə tam əmin olduqdan sonra onu istismara verəcək. Yan hissənin tikintisinin səbəbi çökmə təhlükəsilə əlaqədardır, belə ki, bu yaxınlara qədər fəaliyyət göstərən kəmərin bir hissəsi çökmə zonasında yerləşib. "Bakı-Supsa" kəməri vasitəsilə neftin nəqli 2006-cı ilin noyabrında dayandırılıb.

Xəbər lenti

Xəbər lenti