...

"KazMunayQaz" şirkətində yeni vitse-prezident vəzifələri təsis olunub

Energetika Materials 27 İyul 2007 21:02 (UTC +04:00)
"KazMunayQaz" şirkətində yeni vitse-prezident vəzifələri təsis olunub

Azərbaycan, Bakı/ Trend / "KazMunayQaz" neft şirkətində yeni vitse-prezident vəzifələri təsis olunub. Bu barədə İNTERFAKS-QAZAXISTAN məlumat yayıb.

Cümə güünü yayılmış məlumatda göstrərilir ki, "KazMunayQaza" prezident aparatının rəhbəri - vitse-prezidenti vəzifəsinə Ulan Bayjanov, neft və qaz nəqli, xidmət layihələri, həmçinin neft emalı və neft kimyası məslələri üzrə yeni vitse-prezident vəzifəsinə Kairgeldı Kabıldin təyin olunub.

49 yaşlı U.Bayjanov "KazMunayQaz" MŞ SC sistemində 2003-cü ilin yanvarından işləyir. Bu təyinata qədər o, Səhmdar cəmiyyətin prezident aparatının rəhbəri vəzifəsində çalışır.

"Hazırda "KazMunayQaz" MŞ SC-də insan resurslarının idarə olunması, insan kapitalının vahid inkişaf stanadart və prinsiplərinin formalaşdırılması və təbiqi, şirkətlər qrupunun imic siyasəti, milli şirkətin dövlət qurumları və strukturları ilə qarşılıqlı fəaliyyətin fəallaşdırılması istiqamətində fəaliyyət əhəmiyyətli dərəcədə genişlənib.

Bu istiqamətlər hazırda prezident aparatının rəhbəri tərəfindən idarə olunur ki, bu da müəyyən səviyyədə şirkətin fəaliyyətinin effektivliyinə təsir edir. Bundan əlavə vitse-prezident - prezident aparatının rəhbəri korporativ mülkiyyətin və informasiyanın qorunmasını təmin edir, holdinq çərçivəsində nəzarət-koordinasiya işlərinin təşkilinə nəzarəti həyata keçirir",-deyə pres-relizdə qeyd olunur.

54 yaşlı K.Kabıldin 2003-cü ilin aprel ayından "KazMunayQaz" MŞ SC-də nəqliyyat infrastrukturu və xidmət layihələri üzrə icraçı direktor vəzifəsində çalışır.

Həmçinin şirkətin bir sıra törəmə müəssisələrində də direktor və rəhbərlərin təyinatı olub.

Nəqliyyat infrastrukturu və xidmət layihələri üzrə icraçı direktor vəzifəsinə "Teniz Servis" törəmə müəssisənə rəhbərlik edən Nurlan Sauranbayev təyin olunub. Korporativ inkişaf üzrə direktor vəzifəsinə Daniyar Abulqazin təyin olunub.

Bundan əlavə, "KazMunayQaz"ın törəmə şirkətlərinə baş direktorlar təyin olunub. "KazMunayQaz" - Servis" TOO rəhbəri Serik Keulimjayev, "TenizServis" TOO rəhbəri vəzifəsinə Maqzum Mirzaqaliyev təyin olunub.

M.Mirzaqaliyev bu təyinata qədər MI Drilling Fluids International şirkətində işləyib.

"KazMunayQaz" MŞ SC - Neft-qaz sahəsi üzrə Qazaxıstanın Dövlət maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyat, hasilat, emal və nəqli üzrə operatordur. SC-nin səhələrinin 100 faizi "Dövlət aktivlərinin idarə olunması üzrə "Samruk" Qazaxıstan Holdinqi"nə məxsusdur.

Xəbər lenti

Xəbər lenti