...

Azərbaycanda yatağın işlənməsi ilə məşğul olan xarici şirkət sahibkarını dəyişir

Energetika Materials 30 İyul 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanda iki layihədə aktivlərə malik olan "Rusneft" Rusiya şirkəti sahibkarını dəyişir.

"....Şirkətdən getmək qərarına gəlmişəm. Mən holdinqin nəzarətini yeni sahibkara verirəm və əminəm ki, onun gəlişi ilə "Rusneft"də baş qaldıran problemlər həll olunacaq", - bu barədə "Rusneft" şirkətinin prezidenti Mixail Qutseriyevin şirkətin rəsmi saytında yerləşdirilmiş müraciətində bildirilir.

Satış haqqında müqavilə Oleq Depiraskinin "Baza elementi" şirkəti ilə imzalanacaq. "Kommersant"ın yazdığına görə, müqavilənin imzalanması bu gün baş tutmalıdır.

Müqavilənin məbləği 3-3,3 milyard dollar təşkil edəcək. Lenta.ru.-nun verdiyi məlumata görə, "Bazel"ə yaxın olan "Vedomosti" qəzetinin mənbəyi məbləğin altı milyard, "Rusneft"ə yaxın olan mənbə isə 9,6 milyard olduğunu bildirir.

Qutseriyevin müraciətində bildirilir: "Rusneft"in nailiyyətləri heç də hamının xoşuna gəlmirdi. Mənə "öz xoşuma" neft biznesindən getməyi təklif etdilər. Mən imtina etdim. Məni yola gətirmək məqsədilə şirkəti görünməmiş təqiblərə məruz qoyurdular. Son iki il ərzində bizi kimlər sınaqdan keçirməyib. Xüsusilə də son il ərzində: Baş Prokurorluq, XİN strukturları (XİN-in iqtisadi təhlükəsizlik departamenti, İstintaq Komitəsi, Moskva şəhərinin Dövlət Daxili İşlər İdarəsi və s.)".

"Bizim şirkətə münasibətdə hüquq-mühafizə və vergi orqanlarının fəaliyyətinin analoqu yoxdur. Rusiya və SSRİ tarixində qanuna bu qədər hörmətsizlik olmamışdı.....Bu gün mən qəti əminəm: dövlət strukturlarında müəyyən şəxslərin bütün fəaliyyəti şəxsən mənə qarşı yönəlib. Vergilərin ödənilməməsi, lisenziya müqaviləsinin pozulması, səhmlərin dağıdılması kimi ittihamlar qarışıqdır.

"Rusneft"in problemlərinin başlıca faktoru şəxsiyyətlər faktorudur. Əsas məsələ bizim "Rusneft"in mövcud olub-olmamasıdır, bu onun prezidentinin məsələsidir" - deyə müraciətdə qeyd olunur.

"Hövsan-Zığ"yatağının işlənməsinə dair müqavilə 2006-cı il noyabrın 3-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakılardır: ARDNŞ 25%, "Rusneft" 75%. "Rusneft" həmçinin AzEN birgə müəssisəsində Azərbaycanın "Azpetrol" şirkətinin iştirak payını alıb. AzEn-də iştirak payına həmçinin Türkiyənin Enka şirkəti də malikdir. ARDNŞ "Binəqədi" yatağında 25% iştirak payına malikdir.

"Binəqədi" quru yatağının işlənməsinə dair müqavilə 2004-cü ilin sentyabrın 29-da imzalanıb.

Xəbər lenti

Xəbər lenti