...

Azərbaycan İES-də elektrik enerjisi istehsalı artıb

Energetika Materials 30 İyul 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Birinci yarımildə Azərbaycan İES-də 5 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozdan 157 mln. kVt/saat çoxdur. Bu barədə bazar ertəsi "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat-xidmətindən məlumat verilib.

İyun ayında stansiyada 380 mln. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozdan 13 mln. kVt/saat çoxdur. Elektrik stansiyası səkkiz enerji blokundan ibarətdir. Birinci enerji bloku 1981-ci ildə istismara verilib.

Hazırda "Azərenerji" elektrik stansiyasının rekonstruksiyası imkanlarını nəzərdən keçirir. Bunun üçün krediti Avropa Yenidənqurma və İnkişaf Bankı ayıracaq.

Xəbər lenti

Xəbər lenti