...

ARDNŞ-in tresti magistral qaz kəmərinin yenidən qurulması ilə bağlı saziş imzaladı

Energetika Materials 31 İyul 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ ARDNŞ-in "Neftqaztikinti" tresti Gürcüstanın magistral qaz kəmərinin "Navtluqi-Qardabani" hissəsinin yenidənqurulması ilə məşğul olacaq.

Gürcüstanın Neft və Qaz Korporasiyasından verilən xəbərə görə, trestin müvafiq işləri görməsi ilə bağlı müqavilə bazar ertəsi Tbilisidə imzalanıb. Sənədə gürcü tərəfdən korporasiyanın direktoru Aleko Xetaquri, Azərbaycan tərəfdən isə ARDNŞ-in xüsusi nümayəndəsi Mirkazım Abbasov imza atıblar.

Yenidən qurulacaq xəttin uzunluğu 30 kilometr təşkil edir. Burada işlərin tamamlanmasından sonra Gürcüstanın qaz sistemində nəql prosesi köhnə sxemlərlə aparılacaq. "Neftqaztikinti" tresti mövcud 500 mm-lik borunu 700 mm-lik boru ilə əvəzləyəcək.

Trest Gürcüstanda bir sıra vacib layihələri gerçəkləşdirir. Bu layihələrin arasında "Minilliyin çağırışları-Gürcüstan" çərçivəsinjə Şimal magistral qaz kəmərində 4 hissənin yenidən qurulması ilə bağlı işlər var.

Xəbər lenti

Xəbər lenti