...

Mərkəzi Bank: Azərbaycanda strateji valyuta ehtiyatlarının həcmi artıb

Maliyyə Materials 30 İyul 2020 12:34 (UTC +04:00)
Mərkəzi Bank: Azərbaycanda strateji valyuta ehtiyatlarının həcmi artıb

Bakı. Eldar Canaşvili - Trend:

2020-ci il iyulun 30-a olan vəziyyətə əsasən, Dövlət Neft Fondu və Mərkəzi Bankın strateji valyuta ehtiyatları 51,53 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Ölkədə strateji valyuta ehtiyatlarının həcmi ötən ilin sonu ilə müqayisədə 5,4 milyard dollar və ya 1,8 faiz artıb. Ehtiyatların 87,4 faizini Dövlət Neft Fondunun aktivləri təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti