...

Azərbaycanda bank işçilərinin sayı son 5 ildə ən yüksək həddə çatıb

Maliyyə Materials 21 Dekabr 2021 14:53 (UTC +04:00)
Azərbaycanda bank işçilərinin sayı son 5 ildə ən yüksək həddə çatıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bank sektorunda çalışan işçilərin sayında artım davam etməkdədir. Belə ki, noyabr ayında işçi sayında 1% artım olub.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

İlin əvvəlindən isə işçi sayı 7.1% (1327 nəfər) artaraq 20035 nəfər təşkil edib. Bu 2016-cı ilin fevral ayından sonra ən yüksək göstərici olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti