...

Qazaxıstanın bank sektoru sabit rejimdə işini davam etdirir - Mərkəzi Bank

Maliyyə Materials 10 Yanvar 2022 10:28 (UTC +04:00)
Qazaxıstanın bank sektoru sabit rejimdə işini davam etdirir - Mərkəzi Bank

Bakı. Trend:

Qazaxıstanın bank sektoru sabit rejimdə işini davam etdirir.

Trend bu barədə Qazaxıstan Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, 2021-ci ilin sonuna olan vəziyyətə görə, ölkədə bank sektorunun aktivləri 37 trilyon tengeyə yaxın olub. Sektorun xüsusi kapitalı 4,6 trilyon tengeyə bərabərdir.

Məlumata əsasən, bugünkü gün banklarda əmanətçilər üçün risklər mövcud deyil.

Vətəndaşların banklardakı depozitlərə qanuna uyğun olaraq "Qazaxıstan Depozitlərin Təminatı Fondu" tərəfindən zəmanət verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti