...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Maliyyə Materials 10 Yanvar 2022 11:25 (UTC +04:00)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Almaniyada ixraca dair fundamental göstəricilərin müsbət açıqlanması, EURUSD məzənnəsində ilk dəstəyin gəlməsinə səbəb olmaqla, bahalaşmağa başlayıb. Təhlillərə əsasən, avro 1.13$-ın üzərində qaldıqca, 1.1430-a kimi bahalaşmaqda davam edə bilər.

GBP.

İngiltərə Mərkəzi Bankın faizlərini daha da yüksəldə biləcəyi ehtimalları, GBPUSD məzənnəsinin də bahalaşmasına səbəb olur. Burada funt sterlinq 1.35$-ın üzərində qaldıqca, 1.38$-a kimi dəyər qazana bilər.

TRY.

USDTRY məzənnəsinin 14 - 13TL aralığında stabilləşdiyi müşahidə edilir. Burada növbəti trend sözügedən sərhədlərdən birinin qırılması ilə müəyyən olunacaqdır.

Bununla yanaşı, investorlar gələn həftə dərc ediləcək TCMB-nin növbəti faiz qərarını gözləyirlər.

OIL.

Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, Brentin bir barelinin 90$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Dünyada siyasi və iqtisadi risklərin yenidən artması, qızıla olan tələbin də artmasına səbəb olur. Beləliklə, sonuncu dəfə 1783$-da (57.3$/qram) dəstək görən bir unsiya qiymətin 1813$-a (58.3$/qram) kimi dəyər qazanacağı ehtimal edilir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti