...

PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb

Maliyyə Materials 28 Yanvar 2022 11:37 (UTC +04:00)
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank “Visa” beynəlxalq ödəniş sistemi tərəfindən nüfuzlu mükafat ilə təltif olunub.

Belə ki, Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə aparıcı maliyyə institutu olaraq PAŞA Bank "Best F2F Acquirer" adına layıq görülüb. Müvafiq mükafatlandırma mərasimi yanvarın 22-23-də Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin iştirakı ilə keçirilən tədbirdə baş tutub.

Qeyd edək ki, bazarda ən müasir texnoloji maliyyə həlləri tətbiq edən PAŞA Bank ötən illərdə də çoxsaylı ölkə daxili və xarici mükafatlara, o cümlədən nağdsız əməliyyatların, rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin, elektron bankçılığın və başqa istiqamətlərin inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti