...

Kino Agentliyinə ayrılan vəsaitin 59 faizi istifadə olunmayıb – Nazir müavini

Maliyyə Materials 12 Noyabr 2025 13:06 (UTC +04:00)
Kino Agentliyinə ayrılan vəsaitin 59 faizi istifadə olunmayıb – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i, yəni 3,5 milyon manatı istifadə olunub.

Trend xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük”, - deyə o vurğulayıb.

Nazir müavini həmçinin xatırladıb ki, film istehsalı və dublyaj gəlirləri 90 % mənfəət vergisindən azaddır. Kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur. Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiq olunur. Film nümayişi üçün “kəşbək” mexanizmi də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti