Bakı. Trend:
Malavi daha iddialı iqlim maliyyəsi hədəfləri üçün səy göstərir.
Trend xəbər verir ki, bu barədə Malavinin iqlim məsələləri üzrə baş danışıqçısı Evans Ndzeva bəyan edib.
"Əgər maraqlarımız yekun sənəddə nəzərə alınmazsa, yeni kollektiv kəmiyyət hədəfi (NCQG) üzrə danışıqlarda konsensus əldə edə bilməyəcəyik", - o jurnalistlərə verdiyi açıqlamasına vurğulayıb.
O, həmçinin, iqlim məqsədlərində ambisiyanın artırılması çağırışı edərək qeyd edib ki, bu, inkişaf etməkdə olan ölkələrin mövcud çətinlikləri aşmasına və irəliləməsinə kömək edəcək.