...

Dünya Bankı və Azərbaycanın Rabitə Nazirliyi informasiya texnologiyaları sahəsində qrant alacaq təşkilatları müəyyən edib

Telekommunikasiya Materials 1 Oktyabr 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dünya Bankı informasiya texnologiyaları sahəsində layihələr üzrə yeddi qrant alıcısı ilə müqavilə imzalayıb. Qrant müsabiqəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən QHT-lər üçün nəzərdə tutulub.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qrantın alınması üçün təqdim olunan təkliflər yeni informasiya texnologiyaları, təhsil və səhiyyə sahəsində islahatlar, büdcə şəffaflığı və antikorrupsiya sahəsində tədbirlər, gənclərin vətəndaş cəmiyyyətinə inteqrasiyası, sosial müdafə,

yoxsulluğun azaldılması və insan hüquqlarının müdafiəsi məsələlərini əhatə etməlidir.

Qrant alacaq təşkilatlar pul vəsaitlərini veb-resursların, həmçinin təhsil, gənclər və iqtisadi təhlil sahəsində çap məhsullarının hazırlanmasına yönəldəcəklər.

Rabitə Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədovun mətbuat konfransında verdiyi məlumata görə, bu kiçik layihələr "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində iri layihələrin reallaşmasında əsas rol oynayır.

Dünya Bankı və Rabitə Nazirliyi arasında "İnformasiya cəmiyyəti- inkişafın yeni mərhələsi" proqramı üzrə protokol 2007-ci ilin mart ayında imzalanıb. Nazirliyin layihədə iştirak payı 15 min dollar, Dünya Bankının iştirak payı isə, 5-7 min dollar təşkil edir, layihələr üç aydan doqquz aya qədər müddətdə reallaşa bilər.

Xəbər lenti

Xəbər lenti