...

"Azerfon" Mobil operatoru bonus kampaniyasını uzatdı

Telekommunikasiya Materials 3 Oktyabr 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / TrendCapİtal / "Azerfon" MMC abunəçilərinə ölkə üzrə istənilən nömrələrə zəngləri 2 dəfə ucuzlaşdıran Yay Bonus Proqramını ilin sonunadək uzatdı. Bu barədə şirkətin məlumatında bildirilir.

İyun ayından təqdim olunan Yay Bonus Proqramı bu ilin sonuna kimi davam edəcək. Bonus proqramına əsasən, şəbəkə daxilində nömrələrə zənglər, digər mobil operatorlara, Nar Mobile nömrələrindən sabit şəhər nömrələrinə zənglər 2 dəfə ucuzdur.

"Rəngarəng Zövqlər"( rejim1,rejim2) və "Məqsədə Doğru" tarif planlarının istifadəçiləri "Pulsuz Dəqiqələr" kampaniyası çərçivəsində, ilin sonunadək yüklənən hər 10, 20, 50 AZN nominallı Nar Kart üçün bonus əldə etməklə yanaşı, 2007-ci il noyabrın 1-dək "Bir Ümman Yenilik" kampaniyası çərçivəsində GPRS paketlərİnə 50% güzəşt əldə edəcəklər.

Nar Kart Bonus
1 10 AZN 60 pulsuz dəqİqə
2 20 AZN 130 pulsuz dəqİqə
3 50 AZN 350 pulsuz dəqİqə

Pulsuz dəqiqələrin İstifadə müddəti yükləndikdən sonra 30 gün ərzində etibarlıdır və abunəçilər Pulsuz Dəqiqələr kampaniyası çərçivəsində əldə etdikləri pulsuz dəqiqələrdən İstifadə edərkən həm də "sevimli" nömrələrlə, istirahət, bayram günləri və gecələr əvvəlki güzəştlərlə danışa bilərlər. Ölkədəyeni GSM operatoru olan AZERFON MMC-yə Ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli, 001512 nömrəli lisenziya verilib. Şirkət öz kommersiya fəallİyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobİle ticarət nişanı iləbaşlayıb.

Xəbər lenti

Xəbər lenti