...

"Azerfon" Beynəlxalq World Summit Award 2007 müsabiqəsinin milli mərhələsində qalib olub

Telekommunikasiya Materials 5 Oktyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azerfon" BM-in məlumatında bildirilir ki, "Azerfon" MMC (Nar Mobile ticarət nişanı) məhsulu olan "Mən və Nar Mobile" 169 dövlətin iştirak etdiyi Beynəlxalq World Summit Award 2007 müsabiqəsinin milli mərhələsində ilin "E-Business" nominasiyası üzrə qalib seçilib.

World Summit Award 2007 nominasiyasının qalibi olaraq "Azerfon" MMC Azərbaycanı 5 noyabr 2007-ci il tarixində İtaliyanın Venesiya şəhərində keçiriləcək World Summit Award 2007 müsabiqəsində təmsil etmək hüququ qazanıb.

Beynəlxalq World Summit Award 2007 müsabiqəsi kontent sahəsində dünyanın ən yaxşı nailiyyətlərinin aşkara çıxarılması və gələcəkdə yayılması, şəbəkə layihələri, multimedia əlavələri, kompüter proqramları, elektron dərsliklər və s. sahələrə yönəlib. Bu beynəlxalq musabiqə iki ildən bir keçirilir.

"Mən və Nar Mobile" xidməti abunəçilərə real vaxt rejimində ayarları sərbəst şəkildə dəyişdirmək, sevimli nömrələri təyin etmək, hesabla əməliyyatlar aparmaq, eləcə də ümumi informasiya, cari kampaniyalar barədə məlumatlar əldə etmək imkanını yaradır.

Mobil rabitə xidmətləri göstərmək üçün "Azərfon" MMC-yə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən lisenziya verilib. Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.

Xəbər lenti

Xəbər lenti