...

Azərbaycanın rabitə sahəsinə qoyulan dövlət investisiyalarının həcmi 2007-ci ildə 22 mln. manatı ötüb

Telekommunikasiya Materials 8 Oktyabr 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ İlin əvvəlindən Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinə qoyulan dövlət investisiyalarının həcmi 22,63 mln. manatı ötüb ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 1,6 mln. manat azdır.

Bazar ertəsi Rabitə Nazirliyindən verilən məlumata görə, investisiyalar rabitə xətlərinin bərpasına, şəhərlərarası fibrooptik magistralların tikintisinə yönələcək.

Bu dövr ərzində "Aztelekom" İB (Nazirliyin tərkibinə daxildir) 11,78 mln. manat, "Baktelekom" İB 5,3 mln. manat, "Teleradio" İB 2,26 mln. manat, "Azərpoçt" dövlət müəssisəi 2,2 mln. manat sərmayə yatırıb.

2007-ci ildə Rabitə Nazirliyi İT sahəsinə, 2006-cı ilin 42 mln. manat göstəricisi ilə müqayisədə, 29 mln. manat sərmayə qoymağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti