...

ECO ölkələri Bakıda poçt xidmətinin perspektivlərini müzakirə edirlər

Telekommunikasiya Materials 9 Oktyabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv altı ölkə Bakıda ECO ölkələrinin poçt qurumlarının IV iclasında poçt sahəsində perspektivlər və problemləri müzakirə edirlər.

Çərşənbə axşamı başlayan iclasda Pakistan, Türkiyə, İran, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə heyətləri iştirak edir.

Görüşdə inkişaf edən poçt xidmətləri, poçt maliyyə xidmətlərində və xərclərin idarə olunması sistemində özəl sektorun rolunun genişləndirilməsi imkanları, informasiya kommunikasiya texnologiyaları və elektron poçt xidmətlərinin hazırlanması və tətbiqi, markaların nəşri və birgə filateliya sərgilərinin keçirilməsi müzakirə olunacaq.

Toplantı işini oktyabrın 10-da yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti