...

Azercell Geocell-lə MMS rouminq müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 9 Oktyabr 2007 19:39 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərinin istifadəsinə Gürcüstanın "Geocell" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini  istifadəyə verib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Azercell indiyə kimi 48 ölkənin 99 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb.

MMS xidməti GPRS/MMS xidmətindən imkanlarına görə xeyli fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

"Geocell", "Azercell"in artıq sayca üçüncü MMS rouminq tərəfdaşıdır. Hazırda, "Azercell" abonentləri İsveçin "TeliaSonera" və Türkiyənin "Turkcell" abonentləri ilə MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

Azercell Telecom BM 1996-cı ildə yanvar ayının 19-da yaradılıb. 1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xzidmətlər təklif edir.

Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur. "Azercell" 2,8 milyondan çox abonentə malikdir.

Xəbər lenti

Xəbər lenti